Əsas Səhifə > Hadisə > Bakıda minik avtomobili yanıb - YENİLƏNİB
Bakıda minik avtomobili yanıb - YENİLƏNİB27-09-2019, 10:54 |
![]() Bakının Yasamal rayonunda avtomobil yanıb. RUBRİKA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi 2-də qeydə alınıb. Belə ki, 10-OR-191 dövlət nömrə nişanlı, "BMW" markalı minik avtomobili alışıb. Nəticədə avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanaraq yararsız vəziyyətə düşüb. Nəqliyyat vasitəsinin digər hissəsi FHN-nin Nəsimi rayon Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub. Hadisə yerinə evakuator cəlb edilib və nəqliyyat vasitəsi ərazidən aparılıb. RUBRİKA.AZ Geri qayıt |