Əsas Səhifə > Hadisə > Qayınatasını döyən beşqat dünya çempionunun cəza ağırlaşdırıldı - idmançı alıq aksiyasına başlayır
Qayınatasını döyən beşqat dünya çempionunun cəza ağırlaşdırıldı - idmançı alıq aksiyasına başlayır27-09-2019, 14:08 |
![]() “Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidov növbəti dəfə hakim qarşısına çıxarılıb. Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baş tutan məhkəmə iclasında qərar elan edilib. Qərara əsasən Ehram Məcidovun cəzası artırılıb. Onun cəzası 3 il 6 aydan, 6 il 6 aya dəyişdirilib. Ehram Məcidov cəzaya etiraz olaraq aclıq aksiyasına başlayacağını deyib. Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Davaya səbəb ailə münaqişəsi zəminində başlayan mübahisələr idi. Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülmüşdü. Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun qeyd edilən əməli törətdiyi sübuta yetirilsəydi, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehram Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilmişdi. Onun qayınatasını beşbarmaqla vurması sübuta yetirilməmiş və 228-ci maddə ilə bəraət verilmişdi. Rubrika.Az Geri qayıt |