Əsas Səhifə > Hadisə > Bu gün AŞPA-nın payız sessiyası başlayır
Bu gün AŞPA-nın payız sessiyası başlayır30-09-2019, 10:20 |
![]() Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır. Sessiya Avropa Şurasının 70 illiyinə həsr olunub və Assambleyanın sabiq sədrlərinin iştirakı ilə keçiriləcək. Rubrika.az virtualaz.org-a istinadla oktyabrın 1-də Fransa Prezidenti Emmanuel Makron nitq söyləyəcək və AŞPA deputatlarının suallarını cavablandıracaq. Sessiya iştirakçıları Krım tatarları, Şərqi Avropadakı iqlim qaçqınları və əmək miqrasiyası məsələlərini müzakirə edəcəklər. Gündəliyə həmçinin Moldovada demokratik təsisatların fəaliyyətinə dair hesabatın, Şimali Makedoniya ilə monitorinqdən sonrakı dialoqun müzakirəsi daxildir. Sessiya oktyabrın 4-də başa çatacaq. Rubrika.az Geri qayıt |