Əsas Səhifə > Hadisə > MSK-dan Cəbrayılovla bağlı açıqlama
MSK-dan Cəbrayılovla bağlı açıqlama30-09-2019, 13:50 |
![]() Xəbər verdiyimiz kimi, millət vəkili Rafael Cəbrayılov mandatından imtina etməsi ilə bağlı parlamentə müraciət edib. Protokol qaydasına əsasən, qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib. MSK-nın sözçüsü Şahin Əsədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hələ ki, sözügedən məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb: “Müraciət daxil olandan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, baxılıb müvafiq qərar veriləcək". Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra geniş müzakirələrə səbəb olub. Rubrika.Az Geri qayıt |