Əsas Səhifə > Hadisə > "Demokrat" Paşinyan keçmiş, totalitar SSRİ-nin baş nazirini təbrik etdi...

"Demokrat" Paşinyan keçmiş, totalitar SSRİ-nin baş nazirini təbrik etdi...


30-09-2019, 14:22
"Demokrat" Paşinyan keçmiş, totalitar SSRİ-nin baş nazirini təbrik etdi...

İşğalçı ölkənin prezidenti Armen Sərkisyanla yanaşı, baş nazir Nikol Pşainyan da keçmiş SSRİ-nin Nazirlər Sovetinin sədri olmuş(1985-1991) Nikolay Rıjkovu 90 illik yubileyi münasibəti ilə təbrik edib.

Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda baş nazirin mətbuat xidməti məlumat yayıb.

Maraqlıdır ki, özünü demokrat adandıran Paşinyanın totalitar dövlət olmuş keçmiş SSRİ liderinə ünvanladığı təbrik məktubunun mətni S.Sərksiyanınkından uzundur və daha xoş sözlərlə zəngindir. Erməni baş nazir N.Rıjkovu “ermənilərin ən yaxın dostu” adlandırır və onun daim işğalçı ölkədə “arzuolunan qonaq” olduğunu vurğulayır.

Bu da bir daha göstərir ki, işğalçı, terrorçu xislətli ermənilər üçün, demokratiya, diktatura, totaritarizm kimi anlayışlar, sadəcə, vasitədir. Əsas “dost” deyilənlərin erməni maraqlarını ödəməsidir. Bu həm də Rusiyanın imperialist dairələrinin dünya durduqca Ermənistanın yanında olacağının təsdiqidir...
Xatırladaq ki, N.Rıjkov 1988-ci ildəki Spitak zəlzələsindən sonra Ermənistana gəlib yardım göstərməklə yanaşı, Qarabağ məsələsində də erməniləri dəstəkləyən sovet rəhbərlərindən olub. Bu xidmətinə görə ermənilər keçmiş sovet baş nazirinə “Ermənistanın Milli Qəhrəmanı” adını verib.

Rubrika.Az
Geri qayıt