Əsas Səhifə > Hadisə > Lombardlarla bağlı qanun layihəsi qəbul olundu

Lombardlarla bağlı qanun layihəsi qəbul olundu


30-09-2019, 15:44
Lombardlarla bağlı qanun layihəsi qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Rubrika.az Moderator.az-a istinadla xəbər verir ki, layihə barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, sənəd ölkədə lombard fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır:

“Odur ki, bu qanun layihəsinin qəbul edilməsinə ciddi ehtiyac var. Sənəd lombard sahəsində mənfi halların çox olması nəzərə alınaraq, sui-istifadə hallarının qarşısını almaq və səmərəliliyin artırılması məqsədi ilə, lombard istehlakçılarının hüquqlarının qorunması üçün hazırlanıb”.

Qanun layihəsi səsverməyə qoyularaq II oxunuşda qəbul edib.

Rubrika.az
Geri qayıt