Əsas Səhifə > Hadisə > Gəncədə 27 yaşlı oğlan yüksək dozada narkotikin təsirindən ölüb
Gəncədə 27 yaşlı oğlan yüksək dozada narkotikin təsirindən ölüb1-10-2019, 12:25 |
![]() Gəncədə narkotik istifadəçisi ölüb. APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Gəncə şəhər sakini, 27 yaşlı Həsənov Emin Şahmalı oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, E.Həsənov yüksək dozada narkotikin təsirindən ölüb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |