Əsas Səhifə > Bölgə > Daha bir deputat borc çuxuruna girdi
Daha bir deputat borc çuxuruna girdi1-10-2019, 15:50 |
![]() Daha bir deputatın adı böyük borc öhdəlikləri ilə bağlı qalmaqala qarışıb. Rubrika.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkili Çingiz Qənizadənin qardaşları və yaxın qohumları yerli banklardan birindən külli miqdarda kredit götürüb və geri qaytarmayıblar. Bildirilir ki, bank deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı iddia qaldırıb. İşə Ağdaş Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə baxılır. Ödənilməmiş kreditin dəqiq məbləği göstərilmir, ancaq bunun biznesin inkişafı üçün alındığı bildirilir. Bu məlumatı ölkənin maliyyə sektorundakı mənbə virtualaz.org-a təsdiqləyib. Xatırladaq ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov borclarına görə məhkəməyə verilmişdi. Deputat 9 sentyabr 2015-ci ildə ev tikmək üçün 300 min dollar borc götürmüşdü. Qalmaqal yarandıqdan sonra R.Cəbrayılov özü Milli Məclisə müraciət edərək mandatından məhrum edilməsini istəyib. Rubrika.Az Geri qayıt |