Əsas Səhifə > Hadisə > İraqda nümayişçilərlə polis arasında toqquşma

İraqda nümayişçilərlə polis arasında toqquşma


2-10-2019, 09:22
İraqda nümayişçilərlə polis arasında toqquşma

İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı 1 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb.

Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu barədə "Sky News Arabia" telekanalı ölkənin güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, aksiyada yaranan qarışıqlıqlar zamanı 286 aksiyaçı və təhlükəsizlik qüvvələrinin 30 əməkdaşı yaralanıb.

Qeyd edilir ki, dinc aksiyada sonradan fitnəkarlar tərəfindən zorakılıq tətbiq edilib.

Xatırladaq ki, bu gün İraqın paytaxtında elektrik enerjisi və içməli su təchizatı kimi xidmətlərin aşağı səviyyəsinə, gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib. Bu qəbildən olan kütləvi etiraz aksiyaları Bəsrə, Nəcəf və digər iri şəhərlərdə də təşkil olunub.

Rubrika.Az
Geri qayıt