Əsas Səhifə > Dünya > Rusiyada iki ticarət mərkəzində bomba həyəcanı
Rusiyada iki ticarət mərkəzində bomba həyəcanı2-10-2019, 15:09 |
![]() Rusiyanın Volqoqrad şəhərində iki ticarət mərkəzində təxliyə aparılır. Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, şəhərdə yerləşən “Park Haus” və Voroşilov ticarət mərkəzlərinə bomba qoyulması barədə anonim məktub daxil olub. Hazırda ticarət mərkəzlərindəki işçilər və müştərilər təxliyə olunur, dəqiq say barədə hələlik heç bir məlumat verilməyib. Polis briqadaları ticarət mərkəzlərində axtarışlara başlayıb. Rubrika.Az Geri qayıt |