Əsas Səhifə > Hadisə > Kral ailəsi bir neçə media qurumunu məhkəməyə verib
Kral ailəsi bir neçə media qurumunu məhkəməyə verib3-10-2019, 10:21 |
![]() Şahzadə Harri və Meqan Markl “Mail” və “Associated Newspapes” şirkətini məhkəməyə verib. Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, buna səbəb hər iki media qurumunun Meqanın atasına ünvanladığı məktubu dərc etməsi olub. Hersoq nümayəndəsinin sözlərinə görə, media qrupu məsələnin dinc yolla həllindən imtina edib. Nəticədə məhkəmə prosesi başlanıb. Ailə məxfiliyin və müəllif hüquqlarının pozulmasına görə hüquqlarını məhkəmə yolu ilə qorumağa çalışacaqlar. Bundan başqa, şahzadə Harri rəsmi açıqlama verərək, vəziyyətin daha gərgin olduğunu dilə gətirib. Onun sözlərinə görə, il ərzində Meqana qarşı ardıcıl şəkildə mediada xoşagəlməz kampaniyalar aparılıb, ictimaiyyətin gözü qarşısında onu ləkələmək üçün şərait yaradılıb. O qeyd edib ki, bəzi KİV-lər yalan danışır, xəbər uydurur və Meqanın mənfi obrazını yaratmaq üçün həqiqətlər dəyişdirilir. Rubrika.Az Geri qayıt |