Əsas Səhifə > Hadisə > İrəvanda Putin əleyhinə etiraz mitinqi...
İrəvanda Putin əleyhinə etiraz mitinqi...3-10-2019, 11:26 |
|
Rusiya prezidenti Vladimir Putinin 1 oktyabrda İrəvana gəlişi rəngarəng hadisələrlə yadda qalıb. Rəsmi görüşlərdən sonra həbsdə olan Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüş də standartdan çıxan hadisədir. Amma, ermənilər Rusiya liderini həm də etirazla qarşılayıb. Moderator.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dünən, Ermənistan prezidentinin Baqramyan prospekti 26 ünvanındakı iqamətgahının qarşısında bir qrup hüquq müdafiəçisi, AİB sammitində iştirak etmək üçün İrəvana gələn Rusiya Prezidenti Vladimir Putini "Hamıya azadlıq" və "Bizim və sizin azadlığınız üçün" şüarları ilə qarşılayıb. Bu barədə ermənicə Azadlıq ( “Azatutyun”) radiosu məlumat yayıb. Belə ki, nümayişçilər Rusiyada saxlanılan həmkarlarına, eləcə də iyul ayından bəri Moskvadakı etiraz aksiyalarında həbs olunan iştirakçılara dəstək olduqlarını bildiriblər. Mitinqin təşkilatçılarından biri olan hüquq müdafiəçisi Nina Karapetyants "Azatutyun" radiosuna verdiyi müsahibədə rusiyalı həmkarları ilə birgə mübarizə apardıqlarını söyləyib. Polis etiraz mitinqinə mane olmayıb." Rubrika.az Geri qayıt |