Əsas Səhifə > Hadisə > Mali ordusunun sərhəddəki atışmada ölən əsgərlərinin sayı 38 nəfərə çatıb
Mali ordusunun sərhəddəki atışmada ölən əsgərlərinin sayı 38 nəfərə çatıb4-10-2019, 09:11 |
|
Mali ordusunun üç gün əvvəl Burkina-Faso ilə sərhəddə silahlılarla baş vermiş toqquşmalarda itkilərinin sayı 38 nəfərə çatıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İbrahim Dahiru Dembele bildirib. "Son hesablamadan sonra bədbəxtlikdən bu gün biz 38 meyiti dəfn etdik", - nazir bildirib. Bazar ertəsi silahlılar ölkənin Burkina-Faso ilə sərhədi yaxınlığında Bulkessi və Mondoro yaşayış məntəqələrindəki iki hərbi düşərgəyə hücum ediblər. Çərşənbə axşamı ordu Bulkessidəki düşərgəni nəzarət altına ala və hücumu dəf edə bilib. Daha əvvəl 25 nəfərin həlak olduğu və 60 nəfərin itkin düşdüyü bildirilirdi. Rubrika.Az Geri qayıt |