Əsas Səhifə > Hadisə > Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb


4-10-2019, 12:46
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

2019-cu il oktyabr ayının 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayılıb.

DİN Mətbuat Xidmətindən verilən xəbərə görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Bildirilir ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılmışdır.

Rubrika.Az
Geri qayıt