Əsas Səhifə > Hadisə > Cibgir tutuldu - Bakı metrosunda "işləyirdi"
Cibgir tutuldu - Bakı metrosunda "işləyirdi"4-10-2019, 15:58 |
|
Bakı metrosunda cibgirlik edən şəxs tutulub. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun "Sahil" stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb. Rubrika.Az Geri qayıt |