Əsas Səhifə > Hadisə > Azərbaycanın axtarışa verdiyi şəxs Belarusda saxlanıldı

Azərbaycanın axtarışa verdiyi şəxs Belarusda saxlanıldı


7-10-2019, 12:33
Azərbaycanın axtarışa verdiyi şəxs Belarusda saxlanıldı

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Report”un xəbərinə görə, "İnterpol" xətti ilə axtarışda olan 1977-ci il təvəllüdlü Sadiq Əhmədov Belarusda saxlanılıb.

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.

S.Əhmədovun Azərbaycana ekstradisiyası olunması üçün tədbirlər davam etdirilir.

Rubrika.Az
Geri qayıt