Əsas Səhifə > Müsahibə > Milli Məclis Əli Əsədovun baş nazir postuna təyin edilməsi məsələsini müzakirə edir - YENİLƏNİB
Milli Məclis Əli Əsədovun baş nazir postuna təyin edilməsi məsələsini müzakirə edir - YENİLƏNİB8-10-2019, 12:19 |
![]() Bir neçə dəqiqə əvvəl Milli Məclisin plenar iclası başlayıb. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, deputatlar Əli Əsədovun baş nazir postuna namizədliyini irəli sürən Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına baxmağa başladılar. Məlumata görə, qanunverici orqanın mütləq əksəriyyətini təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları yekdilliklə prezidentin təqdim etdiyi namizədə səs verməyə hazırlaşırlar. * * *10:22 Prezident İlham Əliyev yeni baş nazirin namizədliyini Milli Məclisə göndərib. Həmin namizəd prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur. Bu məsələ rəsmi olaraq Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib.Xatırladaq ki, baş nazir Novruz Məmmədov bu gün istefa verib. *** Bu gün Azərbaycanda baş nazir dəyişəcək. Milli Məclisin az əvvəl başlamış plenar iclasının gündəliyinə baş nazir Novruz Məmmədovun istefası və onun yerinə irəli sürülmüş yeni namizədin təsdiqlənməsi məsələsi daxil edilib. N.Məmmədov 2018-ci ilin yazında baş nazir təyin edilmişdi. Rubrika.Az Geri qayıt |