Əsas Səhifə > Hadisə > Bakıda 78 yaşlı qadın dəm qazından zəhərlənib öldü

Bakıda 78 yaşlı qadın dəm qazından zəhərlənib öldü


8-10-2019, 22:12
Bakıda 78 yaşlı qadın dəm qazından zəhərlənib öldü

Bakıda yaşlı qadın dəm qazından zəhərlənib.

Rubrika.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 14-də baş verib.

Həmin evdə yaşayan, 1941-ci il təvəllüdlü Kərimova Nuriyyə Abdulla qızı yaşadığı evin həyətindəki yarımçıq tikilidə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt