Əsas Səhifə > Hadisə > Mübariz İbrahimovun atası əməliyyat olundu - FOTO
Mübariz İbrahimovun atası əməliyyat olundu - FOTO9-10-2019, 20:30 |
|
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub. Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, A.İbrahimov ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bu haqda saytımıza şəhid ailəsinə yaxın olan Leyla Həsənova məlumat verib. Biz də kollektivimiz adından şəhidimizin atasına Allahdan şəfa diləyirik. Rubrika.Az Geri qayıt |