Əsas Səhifə > İdman > Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb- YENİLƏNİB
Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb- YENİLƏNİB9-10-2019, 22:40 |
![]() Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb. "Report"un məlumatına görə, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib. Qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb - 3:2. Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıb. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub. 62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı hesabda irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2. Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. ***22:04 Futbol üzrə Azərbaycan komandası Bəhreyn yığması ilə yoldaşlıq oyununda hesabda növbəti dəfə önə çıxıb. "Report" xəbər verir ki, Ramil Şeydayev qarşılaşmanın 70-ci dəqiqəsində hesabı 3:2-ə çatdırıb. ***22:00 Bəhreyn yığması Azərbaycan komandası ilə oyunda hesabı bərabərləşdirib. "Report" xəbər verir ki, Mohamed Saad 68-ci dəqiqədə Bəhreyn yığmasının növbəti qolunu vurub. Bəhreyn-Azərbaycan - 2:2. ***21:53 Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq oyununda hesabda önə çıxıb. "Report" xəbər verir ki, Təmkin Xəlilzadə qarşılaşmanın 62-ci dəqiqəsində Azərbaycan komandasının növbəti qolunu vurub - 2:1 ***21:37 Futbol üzrə Bəhreyn - Azərbaycan yığmaları arasında yoldaşlıq oyununun ikinci hissəsi başlayıb. "Report" xəbər verir ki, hazırda hesab 1:1-dir. ***21:19 Futbol üzrə Bəhreyn - Azərbaycan yığmaları arasında yoldaşlıq oyununun birinci hissəsi başa çatıb. "Report" xəbər verir ki, komandalar fasiləyə bərabər hesabla yollanıblar. Qeyd edək ki, oyunda hesabı 31-ci dəqiqədə meydan sahibləri açıb. Bəhreyn yığmasının heyətində Abdulvahab A.Rahman fərqlənib. Bundan 10 dəqiqə sonra Azərbaycan yığmasının oyunçusu Rüfət Dadaşov hesabı bərabərləşdirib - 1:1. ***21:14 Azərbaycan yığması Bəhreynlə oyunda hesabı bərabərləşdirib. "Report" xəbər verir ki, qarşılaşmanın 41-ci dəqiqəsində Rüfət Dadaşov Azərbaycan yığmasının heyətində fərqlənib - Bəhreyn-Azərbaycan - 1:1 ***21:03 Azərbaycan milli komandasının Bəhreynlə yoldaşlıq oyununda hesab açılıb. "Report" xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Bəhreyn yığmasının heyətində Abdulvahab A.Rahman fərqlənib. ***20:33 Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirir. Nikola Yurçeviçin baş məşqçisi oluduğu kollektiv Bəhreyn yığması ilə üz-üzə gəlir. Ər-Rifa şəhərində Bəhreyn Milli Stadionundakı qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayıb. Qeyd edək ki, Azərbaycan millisi 4 gün sonra AVRO-2020-nin seçmə mərhələsində Macarıstanın qonağı olacaq. Rubrika.Az Geri qayıt |