Əsas Səhifə > İdman > Bu gün Fransa və Azərbaycan yığmaları qarşılaşacaqlar
Bu gün Fransa və Azərbaycan yığmaları qarşılaşacaqlar10-10-2019, 10:58 |
|
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olacaq. Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı Antoniu Nobrenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. İkinci qrupda yer alan Azərbaycan millisi keçirdiyi 3 oyundan 1-də qalib gəlib. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransızlar isə qrupda ilk görüşlərinə çıxacaqlar. AÇ-2021-in seçmə mərhələsi II qrup 10 oktyabr 23:00. Fransa – Azərbaycan Baş hakim: Antoniu Nobre Yan xətt hakimləri: Nunu Pereyra, Bruno Alveş Dördüncü hakim: Elder Maleyru (hakimlər briqadası Portuqaliyadandır) Kale, “Stade de l'Epopee” stadionu Xal durumu: Gürcüstan – 6, İsveçrə – 3, Slovakiya – 3, Azərbaycan – 3, Lixtenşteyn – 3, Fransa – 0. Rubrika.Az Geri qayıt |