Əsas Səhifə > Hadisə > İlham Əliyev MDB Dövlət Başçılarının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNİB
İlham Əliyev MDB Dövlət Başçılarının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNİB11-10-2019, 11:43 |
![]() Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub. RUBRİKA.AZ AzərTAc-a istiandla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb və iclasın işinə uğurlar arzulayıb. Sonra birgə foto çəkdirilib. Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib. * * *11:09 Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. Sammitdə MDB liderləri əməkdaşlığın inkişafının ən aktual problemlərini müzakirə edəcəklər. Şuranın iclası ənənəvi olaraq iki formatda - qısa və geniş şəkildə keçiriləcək. Sammitin gündəliyinə növbəti iclasın keçirilməsi barədə qərar qəbul edilməsi, həmçinin birliyin gələcək sədrinin seçilməsi də daxildir. Bundan başqa, sammitin yekununda bir sıra çoxtərəfli sənədlərin, o cümlədən Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar birlik xalqlarına və dünya birliyinə müraciətin imzalanması planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir. RUBRİKA.AZ Geri qayıt |