Əsas Səhifə > Hadisə > “Armeniya” Navalnıdan 250 min rubl pul istəyir - “Xalq onların əlindən kabab yeyə bilməyib”

“Armeniya” Navalnıdan 250 min rubl pul istəyir - “Xalq onların əlindən kabab yeyə bilməyib”


11-10-2019, 15:51
“Armeniya” Navalnıdan  250 min rubl pul istəyir - “Xalq onların əlindən kabab yeyə bilməyib”

Moskvada fəaliyyət göstərən və ermənilərə məxsus “Armeniya” restoranı bu ilin iyul ayının 27-də şəhərin mərkəzində icazə verilməyən aksiya keçirən rusiyalı müxalifətçiləri məhkəməyə verərək onlardan iri məbləğdə pul təzminatı ödəmək haqqında qərar çıxarılmasına nail olub.

Cavabdeh rolunda isə Rusiya müxalifətinin lideri Aleksey Navalnı, onun rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondunun (KMB) əməkdaşı Georgi Alburov, Moskva şəhər Dumasına keçirilən seçkilər öncəsi namizədlikləri qeydə alınmamış İlya Yaşin və Lyubov Sobol göstərilib.

Restoran sahiblərinin iddiasına görə, müxalifətçilərin ucbatından həmin gün iş yerini bağlamalı olublar və zərər ediblər. İddiaçı əvvəlcə maddi ziyanı 551 min rubl olaraq dəyərləndirib. Lakin məhkəmə həmin məbləğin 241 min rubl (3400 dollar) məbləğində dəyərləndirib.

Aleksey Navalnı özünün “Youtube” kanalında ermənilərin bu cür hərəkətinə heyrətini gizlətməyib və onları ələ salıb.
Onun sözlərinə görə, vəkil qarşı tərəfin nümayəndəsindən həmin gün bütün obyektlərin işlədiyi və onlara heç bir maddi zərər vurulmadığı halda nə üçün restoranı bağladıqlarını soruşub. Üstəlik, iddiaçı zərəri hər bir müştərinin “4 kiloqram ət yeməsinə görə” hesablayıb.

Müxalifətçi Aleksandr Solovyov isə həmin gün aksiya iştirakçılarının yürüşdən sonra restorana girərək orada yemək yediklərini və pul verdiklərini söyləyib. O, baş verən hadisəni əsl həyasızlıq və rüsvayçılıq adlandırıb.

İlya Yaşin onlara qarşı heç bir əsası olmayan iddialara görə məhkəmələrin kəsdikləri ümumi cərimə miqdarının 5 milyon rublu (təxminən 80 min dollar) keçdiyini söyləyib. O, hakimiyyətin bu yolla müxalifəti əzmək və susdurmaq istədiyini, məhkəmələrin qərarlarından şikayət verəcəklərini deyib.

Qeyd olunur ki, dövlətə məxsus “Avtomobilniye doroqi” dövlət büdcə təşkilatı müxalifətçiləri yollara və qazonlara vurduqları ziyana görə məhkəməyə iddia ərzisəi ilə müraciət edib. Moskvanın Koptevski rayon məhkəməsi cavabdehləri 3,4 milyon rubl ödəməli olduğu barədə qətnamə çıxarıb. Hərçənd videogörüntülərdən yollara və qazonlara ən çox polislər tərəfindən zərər yetirildiyi aydın şəkildə görünür.

“Mosqortrans” isə müxalifətçiləri “Şəhərdə nəqliyyatı dayandırdıqları”na görə 1,2 milyon rubl cərimələtdirib.

Ən böyük iddia isə avtomobillərin kirayəsi ilə məşğul olan “Flay Avto “adlı bir şirkət tərəfindən sürülüb. Firma hesab edib ki, həmin gün o müştərilərinə avtomobili kirayəsini vaxtında çatdıra bilməyib, ona görə də onun reputasiyasına ciddi ziyan vurulub.

Bu səbəbdən “Flay avto” Rusiya müxalifətindən 1 milyard rubl pul istəyib./musavat.com

Rubrika.az
Geri qayıt