Əsas Səhifə > Din > Ələ keçmiş İŞİD-çilər harada saxlanılır? – Politoloqdan şok iddia

Ələ keçmiş İŞİD-çilər harada saxlanılır? – Politoloqdan şok iddia


11-10-2019, 22:36
Ələ keçmiş İŞİD-çilər harada saxlanılır? – Politoloqdan şok iddia

Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasından sonra ABŞ tərəfindən ələ keçirilmiş İŞİD terror təşkilatı üzvlərinin harada saxlanılması məsələsi gündəmə gəlib.

Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, türk politoloq Dəniz Kilislioğlu məsələ ilə əlaqədar ilginc iddia irəli sürüb.

Politoloq terrorçuların türk ordusunun əməliyyat keçirdiyi bölgələrdə saxlanıldığını bildirib:

“İŞİD-çilərin sayı barədə dəqiq məlum olmasa da, ələ keçmiş terrorçuların saxlanıldığı həbsxanalar və düşərgələrin nöqtələri bəllidir. Xəritəyə baxanda görürük ki, türk ordusunun əməliyyat bölgəsində - Təl Abyad və Rəsulayn arasındakı ərazilərdə İŞİD-çilərin saxlanıldığı həbsxana yoxdur. Türk odusunun təhlükəsizlik zonası qurmaq istədiyi bölgədə isə 3 həbsxana var. Təl-Abyad və Rəsulayn arasında həbsxana yoxdur, amma düşərgə var. Əməliyyat bölgələrində bir, təhlükəsizlik zolağında isə üç düşərgə var”.

Rubrika.az
Geri qayıt