Əsas Səhifə > Hadisə > Niderlandın Bakıdakı səfirliyi qarşısında piket
Niderlandın Bakıdakı səfirliyi qarşısında piket14-10-2019, 16:24 |
![]() Niderland Krallığının Bakıdakı səfirliyi qarşısında dünən holland referi Dennis Higlerin Avro 2020 Macarıstan - Azərbaycan (1-0) seçmə matçında hakimlik etməsi əleyhinə piket keçirilib. Rubrika.az virtualaz.org-a istinadən xatırladır ki, hakim əlavə edilmiş vaxtda Bəhlül Mustafazadənin vurduğu təmiz qolu hesaba almadı və faktiki olaraq Azərbaycan yığmasının bir xalını oğurladı. Piket iştirakçıları "Ədalətsiz qərar", "Ədalətsiz hakim", "Futbol siyasətdən kənardır", "Bizə heç-heçəmizi qaytar" kimi ifadələr işlədiblər. Orada "Holland pendirinə “hə”, hollandiyalı hakimə “yox” " yazılmış plakat da olub. Rubrika.az Geri qayıt |