Əsas Səhifə > Hadisə > “O, göstərdi ki, pul hər şeyi həll etmir” – Tolikdən Kəmaləyə
“O, göstərdi ki, pul hər şeyi həll etmir” – Tolikdən Kəmaləyə15-10-2019, 14:32 |
![]() Aparıcı Kəmalə Piriyevanın “Maşın” şoudan getməsi müzakirələrə səbəb olub. Rubrika.Az musavat.com-a istinadən xəbər verir ki, prodüser Tarix Əliyev onun gedişinin ədalətli addım olduğunu vurğulayıb: “Bax, bu əsl ədalətli oyun oldu. Murad müəllim göstərdi ki, pul hər şeyi həll etmir. Ədalət öz yerini tutdu. Allah istəməsə, kimlərsə heç nə edə bilməz. Lalə Mustafayeva xalqdan səs istədi və xalq kimin hara mənsub olduğunu göstərdi. Çox sevindim”. Qeyd edək ki, Kəmalə Piriyeva Lalə Mustafayevanı şoudan çıxaracağını demişdi. Kəmalə səs toplaya bilmədiyi üçün oyunu tərk edib. Rubrika.Az Geri qayıt |