Əsas Səhifə > Hadisə > İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından narkotik çıxdı (FOTO)
İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından narkotik çıxdı (FOTO)16-10-2019, 10:36 |
|
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli və narahat apardığı üçün saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının hər iki tayının uc hissəsində gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumilikdə çəkisi 101 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin aşkarlanıb. Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |