Əsas Səhifə > Hadisə > QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər16-10-2019, 19:00 |
![]() Həbsdə olan jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması ilə bağlı son günlər ölkə rəhbərliyinə ardıcıl müraciətlər edilir. Jurnalistin vəkili Nemət Kərimli ötən gün özünün facebook hesabında müdafiə etdiyi şəxsin sağlıq durumunun ağır olduğu haqda status paylaşmışdı. Bundan sonra bir neçə tanınmış jurnalist, o cümlədən Milli Məclis üzvləri ölkə başçısına Ə.Muxtarlının azadlığı üçün müraciət etdilər. Oktyabrın 16-da isə Azərbaycanın tanınmış QHT nümayəndələri (37 nəfər) prezident İlham Əliyevə müraciət edərək Əfqan Muxtarlının həbsdən buraxılmasını xahiş ediblər. Rubrika.Az musavat.com-a istinadən həmin müraciəti təqdim edir: “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Aİ Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Milli Platforma üzvləri tərəfindən Müraciət Cənab prezident. Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, Ə.Muxtarlının sağlamlığına çox ciddi risklər var. Xüsusi ilə də o, şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. Jurnalist Ə.Muxtarlının sağlamlığındakı bu ciddi riskləri nəzərə alaraq, onun müvafiq tibb müəssisələrində müalicə olunması üçün ən qısa zamanda azadlığa buraxılmasını xahiş edirik. Hörmətlə, İmzalar: 1. Anar Məmmədli Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2. Aynurə Abdullayeva "Yaşıl İşıq" Hərəkatı 3. Bəşir Süleymanlı Vətəndaş Hüquqları İnstitutu 4. Bəxtiyar Hacıyev İctimai Siyasət İnstitutu 5. Davud Məmmədov İctimai fəal 6. Dilarə Əfəndiyeva Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiəsi Cəmiyyəti 7. Elçin Abdullayev Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi 8. Elçin Sultanov Azərbaycan Ornitoloji Cəmiyyəti 9. Eldar Zeynalov Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi 10. Əliməmməd Nuriyev “Konstitutsiya” Araşdırılması Fondu 11. Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi 12. Əvəz Zeynallı Jurnalist 13. Günel Səfərova Vətəndaş Araşdırma və İnkişaf İB 14. Himayət Rizvanqızı “Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi 15. İlqar Hüseynli Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar 16. İlqar İbrahimoğlu Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi 17. Kamran Mahmudov Jurnalist 18. Leyla Əliyeva Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi 19. Mehman Hüseynov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu 20. Mirvari Qəhrəmanlı Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi 21. Natiq Cəfərli Cümhuriyyət Araşdırmalar Mərkəzi 22. Qalib Toğrul İqtisadi Tədqiqatlar Mərkəzi 23. Rafiq Təmrazov Bərabər İmkanlar Mərkəzi 24. Rəsul Cəfərov İnsan Haqlari Klubu 25. Rövşən Novruzov Gəncə Uşaq Fondu 26. Ruhəngiz Hüseynova Qadınlar Arasında Həmrəylik 27. Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu 28. Samir Əliyev İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi 29 Şəhla İsmayıl Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti 30.Sevil AllahverdiyevaQadın Problemlərinin Tədqiqatları Mərkəzi 31.Sevil Yüzbaşeva Eko- Aləm İctimai Birliyi 32. Tatyana Kryuçkina Jurnalist 33. Vüsalə Hüseynli Demokratik İslahatçı Gənclər İctimai Birliyi 34. Xalid Ağalıyev Media Hüququ İnstitutu 35. Xalid Vahidoğlu Regional İnsan Hüquqları və Media Mərkəzi 36.Zaur Əkbər Gənclər Klubu İB 37. Ziya Quliyev Hüquqi Təşəbbüslər Mərkəzi İB Rubrika.Az Geri qayıt |