Əsas Səhifə > Hadisə > Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda qardaş qardaşı bıçaqladı


17-10-2019, 10:45
Bakıda qardaş qardaşı bıçaqladı

Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib.

Nəticədə o, üç bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat edilib.

Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Rubrika.az
Geri qayıt