Əsas Səhifə > Hadisə > Əbülfəz İsmayılov Türkiyədə saxta içki içib öldü
Əbülfəz İsmayılov Türkiyədə saxta içki içib öldü18-10-2019, 11:56 |
![]() Türkiyənin Sakarya vilayətində Azərbaycan vətəndaşı saxta içkidən ölüb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, vilayətin Sapanca qəsəbəsində ötən gün oktyabrın 17-də axşam Əbülfəz İsmayılov adlı azərbaycanlı tanışları ilə birlikdə spirtli içki içib. Bir müddət sonra onun vəziyyəti pisləşib, Sapanca Dövlət Xəstəxanasına aparılıb. Orada ilkin tibbi müdaxilənin ardınca İsmayılovu Sakarya Egitim və Araşdırma Xəstəxanasına çatdırıblar. Sabaha qədər reanimasiya bölümündə qalan Azərbaycan vətəndaşı həkimlərin bütün müdaxiləsinə baxmayaraq həyatını itirib. Hadisə ilə bağlı araşdırma başladılıb, Sapanca polisi saxta alkaqollu içkini satan Gürcüstan vətəndaşını saxlayaraq həbs edib. Rubrika.Az Geri qayıt |