Əsas Səhifə > Hadisə > Qutunun içərisində yenidoğulmuş körpə tapıldı
Qutunun içərisində yenidoğulmuş körpə tapıldı18-10-2019, 12:40 |
![]() Xəbər verildiyi kimi, oktyabrın 17-dən 18-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısında yenidoğulmuş körpə tapılıb. Uşaq tapılanda qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə olub. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Uşağın vəziyyəti ağır olub, buna görə də qanı təmizlənib, bütün tibbi yardımlar göstərilib. Həkimlər körpənin vəziyyətini ağır kimi qiymətləndirirlər. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb. Qeyd edək ki, körpənin kim tərəfindən atıldığı məlum deyil, faktla bağlı araşdırma aparılır. RUBRİKA.AZ Geri qayıt |