Əsas Səhifə > Hadisə > Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək
Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək18-10-2019, 12:45 |
|
RUBRİKA.AZ-ın Oxu.Az-a istinadən xəbərinə görə, Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Zurab Alasania bildirib ki, “Eurovision”da ölkəni təmsil edən ifaçının nəinki istedadlı olmalı, eyni zamanda, məsuliyyəti tam dərk etməli, Ukrayna cəmiyyətinin mövqeyini, dəyərlərini bölüşməlidir. Beləliklə, yeni qaydalara uyğun olaraq Ukraynadan yarışmaya kimin getməyəcəyini dəqiq deyə bilərik: Verka Serdyuçka, Svetlana Loboda, Ani Lorak, İvan Dorn, MARUV, Alekseev və bir çox digər məşhur ifaçılar. Keçən il Ukrayna, ümumiyyətlə, “Eurovision”a qatılmayıb. Ukrayna milli seçim turunda izləyicilərdən maksimum bal toplayaraq, qalib gələn MARUV Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlərə məruz qaldığını, “Eurovision”dan imtina etdiyini bildirmişdi. MARUV İctimai Televiziya ilə müqavilə imzalamaqdan boyun qaçırmışdı. Onunla yanaşı, digər ifaçılar da müsabiqəyə getməkdən imtina etmişdilər. RUBRİKA.AZ Geri qayıt |