Əsas Səhifə > İdman > Azərbaycanda federasiya üç aydır ki, rəhbərsiz qalıb
Azərbaycanda federasiya üç aydır ki, rəhbərsiz qalıb21-10-2019, 12:59 |
|
Azərbaycan Mini-Futbol Federasiyasının rəhbərliyində dəyişiklik olunub. Bu barədə Oxu.Az-a federasiyanın mətbuat xidmətinin rəhbəri Orxan Hüseynov deyib. Onun sözlərinə görə, federasiyanın sədri Elxan Əsədov avqustdan bəri qurumun rəhbəri deyil: “Elxan bəy öz istəyi ilə ərizə yazaraq federasiyadan ayrılıb. Federasiyada sədr müavini Taleh Nəsibov idi. Bu səbəbdən hazırda o, sədr funksiyasını müvəqqəti icra edir”. Qeyd edək ki, Azərbaycan Mini-Futbol Federasiyası (əvvəl assosiaya olub – S.M.) 2017-ci ilin sonlarından fəaliyyətə başlayıb. Həmin vaxtdan federasiyanın sədri Elxan Əsədov olub. Azərbaycan Mini-Futbol Federasiyasının müvəqqəti rəhbəri Taleh Nəsibov isə bu qurumun təsisçisi və sponsoru olan “Azfar Group” MMC-nin direktoru olub. Ötən ildən “Zirə” futbol klubunun fəxri prezidenti olan Orxan Məmmədova məxsus “Azfar Group”un direktoru Lalə Məmmədovadır. Rubrika.Az Geri qayıt |