Əsas Səhifə > Hadisə > Prezident Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifələrindən azad etdi - rəsmi sərəncam
Prezident Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifələrindən azad etdi - rəsmi sərəncam21-10-2019, 21:15 |
![]() Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Rubrika.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları yayılıb. Sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin. Prezidentin imzaladığı daha bir sərəncamda qeyd olunur: "Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin". Sərəncamlar imzalandığı gündən qüvvəyə minib. Rubrika.Az Geri qayıt |