Əsas Səhifə > Hadisə > Zelenskinin həyat yoldaşı İmperatora hörmətsizlikdə ittiham edilir

Zelenskinin həyat yoldaşı İmperatora hörmətsizlikdə ittiham edilir


23-10-2019, 19:46
Zelenskinin həyat yoldaşı İmperatora hörmətsizlikdə ittiham edilir

Ukraynanın prezidenti Vladimir Zelenskinin həyat yoldaşı "first lady" Olena Zelenska Yaponiyanın ötən gün taxta çıxan İmperatoru Naruhitoya hörmətsizlikdə ittiham edilir.

Rubrika.Az qaynarinfo-ya istinadla xəbər verir ki, ittihamlara səbəb xanım Zelenskanın sarı rəngli geyimi və solğun sarı rəngli əlcəkləridir. Məlumata görə, Yaponiya kral ailəsinin rəsmi tədbirlərində xarici ölkələrin nümayəndələri heç vaxt sarı rəngdən istifadə etməyib, çünki bu rəng hörmətsizlik və ya kral ailəsi ilə əlaqənin göstəricisi kimi qəbul olunur.

Rubrika.Az
Geri qayıt