Əsas Səhifə > Səhiyyə > Bakıda məşhur klinikanın həkimi döyüldü

Bakıda məşhur klinikanın həkimi döyüldü


24-10-2019, 10:24
Bakıda məşhur klinikanın həkimi döyüldü

Bakıda iranlı həkim döyülüb.

Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazımi Behram Əli oğlu Yasamal Rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.

Araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt