Əsas Səhifə > Hadisə > “Aşbaz”ın ordusu daha bir Afrika ölkəsində
“Aşbaz”ın ordusu daha bir Afrika ölkəsində24-10-2019, 12:44 |
![]() Rusiya daha bir Afrika ölkəsinə-uran və almaz ehtiyatları ilə zəngin Namibiyaya öz hərbçilərini göndərir. Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Soçidə işə başlayan “Afrika-Rusiya” sammiti ərəfəsində Namibiyanın prezidenti Hage Gottfrid Heynqob bildirib. Namibiya Afrikanın iqtisadi baxımdan ən inkişaf etmiş ölkəsidir, qitənin ən iri uran ixracatçısıdır. Ölkənin iqtisadiyyatı faydalı qazıntıların hasilatı və emalı üzərində qurulub. Rusiya prezidenti Vladimir Putinlə görüşündə Hage Gottfrid Heynqob deyib ki, onun ölkəsi Rusiya hərbi təlimatçılarının göndərilməsində maraqlıdır. “Hərbçilər məndən xahiş etdi Sizə deyim ki, onlar rusiyalı hərbi təlimatçıların köməyində maraqlıdırlar”,-Namibiya prezidenti bildirib. Putin bu xahişi müsbət cavablandırıb. Moskva artıq Afrikanın 40-a qədər ölkəsində hərbi iştiraka malikdir və bu ölkələrin ordularına təlim keçir, yaxud öz muzdluları ilə dəstək verir. “Kremlin aşbazı” kimi tanınan oliqarx Priqojinin özəl ordusu-“Vaqner Özəl Hərbi Şirkəti” öz muzdlularını onlarla Afrika ölkəsinə göndərib. Muzdluların ardınca Rusiya şirkətləri həmin ölkələrdə peyda olur və bir qayda olaraq faydalı qazıntıların hasilatı ilə məşğuldur. Rusiya Afrikada mövqelərini silah təchizatından tutmuş energetika sövdələşmələrinə, gizli hərbi və siyasi dəstəyə qədər ən müxtəlif alətlərdən istifadə etməklə sürətlə möhkəmləndirir. Bu, ABŞ-ın Donald Trampın hakimiyyətə gəlişindən bəri qlobal rolunun məhdudlaşdığı, o cümlədən Afrikada təsirlərinin azalması fonunda baş verir. Soçidə “Rusiya-Afrika” sammiti dünən işə başlayıb və bu gün yekunlaşır. İlk dəfə keçirilən sammitdə 43 ölkədən dövlət və hökumət başçıları, daha 11 ölkədən isə nazirlər və səfirlər iştirak edir. Sammit ərəfəsində Rusiyanın Tu-160 strateji nüvə bombardmançıları ilk dəfə Cənubi Afrika Respublikasına simvolik uçuş həyata keçirib. Rubrika.Az Geri qayıt |