Əsas Səhifə > İdman > FİFA futbolçuların icarəyə verilməsinə məhdudiyyət qoyub
FİFA futbolçuların icarəyə verilməsinə məhdudiyyət qoyub24-10-2019, 14:11 |
|
FİFA-nın Şurasının Çində keçirilən iclasında futbolçuların icarəyə verilməsi ilə bağlı məhdudiyyətlər qoyulub. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, bu yeniliklər 2021/22 mövsümündən başlayaraq qüvvəyə minəcək. Məhdudiyyət 22 yaşdan aşağı futbolçuların, həmçinin onlardan böyüklərin ölkə xaricinə keçidlərinə şamil ediləcək. Hər klub 8 belə futbolçunu icarəyə verə və ya götürə bilər. 2022/23 mövsümündən şərtlər daha da sərtləşəcək. Hər kluba 6 icarə haqqı veriləcək. Üstəlik, iki komanda arasında maksimum 3 icarə əsaslı keçid mümkün olacaq. Bundan başqa, futbol agentlərinin qazancına da məhdudiyyət qoyulub. Onlar transferdən maksimum 10, mükafatlardan 3 faiz ala biləcəklər. Rubrika.Az Geri qayıt |