Əsas Səhifə > Hadisə > Bakıda Qoşulmama Hərəkatı sammitinin yekun sənədləri razılaşdırılıb
Bakıda Qoşulmama Hərəkatı sammitinin yekun sənədləri razılaşdırılıb24-10-2019, 15:58 |
![]() Bakıda Qoşulmama Hərəkatının XVIII zirvə görüşünə hazırlıq çərçivəsində nazirlərin görüşü başa çatıb. Rubrika.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva jurnalistlərə bildirib. O deyib: “İnteraktiv formatda keçirilən görüş zamanı nazirlər oktyabrın 25-26-da Bakıda keçiriləcək sammit zamanı dövlət və hökumət başçılarına təqdim olunacaq 4 sənədi müzakirə edərək razılaşdırıblar. Bu sənədlər yekun bəyannamə, Bakı Bəyannaməsi, Fələstinə dair bəyannamə, eləcə də sammitə ev sahibliyi edən ölkəyə təşəkkürnamədən ibarətdir”. Rubrika.az Geri qayıt |