Əsas Səhifə > Hadisə > Rusiya və Ermənistan arasında gərginlik – İrəvandan cavab

Rusiya və Ermənistan arasında gərginlik – İrəvandan cavab


24-10-2019, 17:05
Rusiya və Ermənistan arasında gərginlik – İrəvandan cavab

“Ermənistan Xarici İşlər Nazirliyinə silah tədarükü üzrə tenderin pozulması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyindən heç bir mesaj gəlməyib”.

Rubrika.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan söyləyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya xəbər agentliyi “RİA Novosti” Rusiya şirkəti ORSIS-in iştirak etdiyi silah tədarükü tenderinin baş tutmaması ilə əlaqədar Rusiyanın Ermənistana etiraz notası göndərəcəyini bildirmişdi.

22 oktyabr 2019-cu il tarixli nota Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanır.

Sənəddə deyilir ki, ORSIS-in tenderi heç bir səbəb olmadan rədd edilib və erməni tərəfi əsassız olaraq şirkəti qüsurlu təchizatçıların siyahısına əlavə edib.

Rubrika.az
Geri qayıt