Əsas Səhifə > Hadisə > Qazaxıstanın Müdafiə naziri Azərbaycana gələcək
Qazaxıstanın Müdafiə naziri Azərbaycana gələcək25-10-2019, 15:35 |
|
Bakıda Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev arasında görüş keçirilib. "Report" Qazaxıstan səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişafı ilə bağlı yüksək səviyyəli razılaşmaların icrasını müzakirə ediblər. Bu görüş Qazaxıstanın Müdafiə naziri Nurlan Yermekbayevin oktyabrın 29-30-da Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfərindən əvvəl baş tutub. Rubrika.Az Geri qayıt |