Əsas Səhifə > Hadisə > Bakıda "Mercedes" "Opel"ə, sonra yaşayış evinə çırpıldı

Bakıda "Mercedes" "Opel"ə, sonra yaşayış evinə çırpıldı


28-10-2019, 10:25
Bakıda "Mercedes" "Opel"ə, sonra yaşayış evinə çırpıldı

Bakıda iki avtomobil toqquşub.

Hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb.

Rubrika.Az report-a istinadla bildirir ki, hadisə şahidlərinin dediyinə görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil arxadan "Opel" markalı avtomobilə, daha sonra ərazidəki yaşayış evinə çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Qəza nəticəsində xəsarət almış "Opel"in sürücüsü təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Rubrika.Az
Geri qayıt