Əsas Səhifə > Hadisə > “Mənim haram Ədalətə oxşayır?” – Tünzalə Ağayeva

“Mənim haram Ədalətə oxşayır?” – Tünzalə Ağayeva


28-10-2019, 14:04
“Mənim haram Ədalətə oxşayır?” – Tünzalə Ağayeva

Xalq artisti Tünzalə Ağayeva “Fatehin divanı” proqramında qonaq olub.

Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, sənətçi xalq artisti adı almasından danışıb və Prezident İlham Əliyevin sözügedən Sərəncamının ad gününə təsadüf etdiyini vurğulayıb: “Ad günü keçirməyi sevmirəm. Sakitliyi xoşlayıram. Qonaqlar Əməkdar artistin ad gününə gəlmək üçün evdən çıxmışdılar, çatanda artıq Xalq artistinin məclisində idilər. Hələ mənim şəxsi nömrəm çox insanda yox idi, o qədər təbrik zəngləri gəldi ki...”

Sənətçi Əməkdar artist Ədalət Şükürovla bağlı yaşadığı hadisədən danışıb: “Bir dəfə açıq havada dövlət tərəfindən təşkil olunan konsertdə idim. Artistlər üçün dəhliz ayrılıb. Bir-bir maşınları içəri buraxırlar. Polis əməkdaşı yaxınlaşdı. Mən də maşının ön oturacağında əyləşmişdim. Polislə göz-gözə gəldik. Amma o, arxaya baxdı. Prodüserim və bir dostumuz əyləşmişdi. Ratsiya ilə digərlərinə xəbər verdi ki, maşını buraxın, Ədalət Şükürov gəlir (gülür). Mən bir güzgüyə baxdım, bir də insanlara... Mənim haram Ədalətə oxşayır? Hər dəfə gülüb-danışırıq. Məni Ədalətə oxşadan da olub”.

Rubrika.Az
Geri qayıt