Əsas Səhifə > Hadisə > İraqda ABŞ hərbçilərinin olduğu bazaya iki raket atıldı

İraqda ABŞ hərbçilərinin olduğu bazaya iki raket atıldı


29-10-2019, 10:39
İraqda ABŞ hərbçilərinin olduğu bazaya iki raket atıldı

İraqda ABŞ hərbçilərinin olduğu bazaya iki raket düşüb.

Bu barədə "Sky News Arabia" telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Bağdad yaxınlığındakı "Taci" hərbi bazasında baş verib. "Bağdaddan şimalda, Amerika hərbçilərinin olduğu "Taci" bazasına 2 raket düşüb", - deyə telekanal bildirib.

Hadisənin təfərrüatları açıqlanmır.

Rubrika.Az
Geri qayıt