Əsas Səhifə > Mədəniyyət > Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib: "Oxumaqdan ötrü ürəyim gedir"
Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib: "Oxumaqdan ötrü ürəyim gedir"29-10-2019, 11:57 |
|
"Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir". Rubrika.az "Report"a istinadən xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: "Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm". Daha sonra F.Laçın jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib. Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb. Rubrika.az Geri qayıt |