Əsas Səhifə > İdman > "Qarabağ"ın oyunu "xüsusi matçlar" siyahısında - UEFA-dan mühüm tələb

"Qarabağ"ın oyunu "xüsusi matçlar" siyahısında - UEFA-dan mühüm tələb


29-10-2019, 13:21
"Qarabağ"ın oyunu "xüsusi matçlar" siyahısında - UEFA-dan mühüm tələb

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

Qol.az-ın məlumatına görə, qitənin ali futbol qurumu Ağdam klubunun Lüksemburqda "Düdulanj"la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb.

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Rubrika.az
Geri qayıt