Əsas Səhifə > Dünya > “İrana qarşı xüsusi planımız var” – ABŞ Netanyahunu razı saldı

“İrana qarşı xüsusi planımız var” – ABŞ Netanyahunu razı saldı


29-10-2019, 16:59
“İrana qarşı xüsusi planımız var” – ABŞ Netanyahunu razı saldı

“ABŞ nüvə proqramı ilə əlaqədar İrana təzyiqləri artıracaq”.

Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu İsraildə Baş nazir Binyamin Netanyahu ilı görüşündə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

Nazirin sözlərinə görə, Prezident Donald Tramp beynəlxalq nüvə sazişindən çıxdıqdan sonra bərpa etdiyi sanksiyalar İranın neft gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb və Tehranı dünyanın bank sistemindən kənarlaşdırıb.

Mnuçin İrana qarşı hansı yeni tədbirlərin tətbiq oluna biləcəyini açıqlamayıb: “Biz sanksiya şəklində maksimum təzyiq kampaniyası aparırıq. Pul vəsaitlərinin axınını əngəlləməyə çalışırıq”.

Amerikalı nazir İrana təzyiqləri artırmağa çağıran Netanyahunu da razı salıb:

“Təzyiqləri getdikcə daha da artırmağa davam edəcəyik. İranla bağlı xüsusi planımız var”.

Rubrika.az
Geri qayıt