Əsas Səhifə > Səhiyyə > Mərdəkanda ailənin bütün üzvləri qazdan zəhərləndi

Mərdəkanda ailənin bütün üzvləri qazdan zəhərləndi


30-10-2019, 09:52
Mərdəkanda ailənin bütün üzvləri qazdan zəhərləndi

Bakıda bir ailə qazdan zəhərlənib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Təcili Tibbi Yardıma müraciət səhər saat 5 radələrində daxil olub. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç. 48 ünvanında yaşayan bir ailənin 4 üzvü - ata, ana,7 yaşlı qız və 5 yaşlı oğlanları dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Rubrika.Az
Geri qayıt