Əsas Səhifə > Hadisə > Pakistanda dəhşət: qatarda 62 nəfər diri-diri yandı

Pakistanda dəhşət: qatarda 62 nəfər diri-diri yandı


31-10-2019, 10:37
Pakistanda dəhşət: qatarda 62 nəfər diri-diri yandı

Pakistanda sərnişin qatarında güclü yanğın olub.

Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Pakistanın nəqliyyat naziri Şeyx Rəşid məlumat verib.

Hadisə nəticəsində 62 nəfərin həlak olduğu, onlarla insanın xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. Qaz balonu yemək hazırlamaq üçün istifadə olunub.

Güclü alov qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş.

Rubrika.az
Geri qayıt