Əsas Səhifə > Hadisə > Bakıda arvadını boğub öldürən kişi dəlixanaya göndərildi
Bakıda arvadını boğub öldürən kişi dəlixanaya göndərildi31-10-2019, 11:37 |
![]() Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Əliyevin cinayətin işi üzrə məhkəmə prosesi keçirilib. Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Müsəddiq Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib və onun barəsində məcburi müalicə qərarı çıxarılıb. Qeyd edək ki, ötən ilin oktyabrın 31-də İslam Həsənovun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İttihama görə, ötən il oktyabrın 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Müsəddiq Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib. İstintaq orqanı tərəfindən Müsəddiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Rubrika.az Geri qayıt |